8 Avqust 2020 18:59
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 8-də Milli Məclis Sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev deputat seçildiyi 20 saylı Nərimanov ikinci seçki dairəsində qanunvericiliyin tələblərinə uyğun olaraq seçicilərinin növbəti qəbulunu keçirib.

Teleqraf.com xəbər verir ki, qəbul zamanı seçicilər üzləşdiyi müxtəlif növ problemləri səsləndiriblər. Vətəndaşlar tərəfindən qaldırılan sosial, kommunal, infrastruktur, humanitar məsələlər müzakirə edilib. Qaldırılan məsələlərin bir qismi dərhal yerindəcə həll edilib.

Görüşdə, habelə seçicilərin kommunal problemlərinin aradan qaldırılması, təhsil, işsizlik və digər müraciətlərin araşdırılması, bununla bağlı zəruri tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara göndərilməsi barədə qərar qəbul edilib. Eyni zamanda, məhkəmə predmeti ilə əlaqədar olan məsələlərlə bağlı seçiçilərə lazımi hüquqi izahatlar verilib və tələb olunan sənədlərin hazırlanması qaydası izah olunub.

Adil Əliyev görüş zamanı ölkəmizdə koronavirusa qarşı aparılan mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini, bu sahədə çox ciddi uğurların əldə olunmasını qeyd edib. O, büdcədə nəzərdə tutulmuş və vətəndaşların həyatına müsbət təsir edəcək bütün sosial proqramların uğurla icra edildiyini söyləyib.

Bildirilib ki, xüsusilə son günlər yoluxanların statistikasında azalmalar müşahidə olunur. Lakin, buna baxmayaraq, hər kəsin Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün növ tapşırıq və tövsiyələrinə əməl etməsi çox vacibdir. Görüşdə iştirak edən vətəndaşlar qaldırılan məsələlərin həllinə görə öz minnətdarlıqlarını ifadə ediblər, Azərbaycan xalqının daim ölkə rəhbərliyinin yanında olduğunu diqqətə çatdırıblar, pandemiya dövründə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Görüş zamanı karantin qaydalarına əməl edilib və yekunda aztəminatlı ailələrə sovqat və tibbi ləvazimatlar paylanılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər