12 Avqust 2020 01:16
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar jurnalist, yazıçı-publisist, “Tərəqqi” medallı Ziyəddin Sultanov vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə bildirib.

Z.Sultanov bir müddət idi ağır xəstə yatırdı.

Qeyd edək ki, Z.Sultanov 1960-cı illərin ikinci yarısından mətbuat aləminə addım atıb. Həmin vaxtlar Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinin səhifələrində ilk qələm təcrübələrini çap etdirib.

Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə “Gənclik” nəşriyyatında redaktor kimi başlayıb (1979). Sonra “Azərbaycan gəncləri” qəzetində müxbir, “Kommunist” qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir işləyib, hazırda isə “Xalq qəzeti”nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərir.

Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olan Ziyəddin Sultanov bir jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən – Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verib.
O, baş verən hadisələrə şahidlik edib, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaradıb.

“Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin”, “Gəlin gedək Qarabağa” və digər kitabları maraqla qarşılanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər