Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun xətti ilə banklar tərəfindən artıq sahibkarlara kreditlər verilir.
Teleqraf.com xəbər verir ki, artıq fondun xətti ilə “GoldenPay” və “Enginet” şirkətlərinə kreditlər ayrılıb.
Belə ki, “GoldenPay” şirkətinə onlayn ödəniş sisteminin inkişafı üçün “PashaBank” tərəfindən 400 min manat həcmində güzəştli kredit ayrılıb. “Enginet” şirkətinə isə Respublika Bankı tərəfindən internet xidmətlərinin təşkili və müasir texnologiyaların tətbiqi ilə şəbəkəsinin genişləndirilməsi üçün 500 min manat həcmində güzəştli kredit verilib.
İlhamə