19 Avqust 2020 16:07
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu gün Kürdəmir Rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan şikayətlər əsasında xüsusi əməliyyat keçirib və Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov saxlanılıb.

Teleqraf.com C.Cəfərovun tərcümeyi-halını təqdim edir:

Ceyhun Fərrux oğlu Cəfərov 1 dekabr 1965-ci ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

1983-1984-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik vəzifəsində işləyib, 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1986-1991-cı illərdə Nəsimi rayon İstilik-İstismar sahəsində çilingər, 1991-1993-cü illərdə Konstruktor-Texnoloji Bürosunda texnik, 1993-cü ildə “Pərviz” firmasında iqtisadçı-əmtəəşünas, 1993-1994-cü illərdə Maddi-texniki Təchizat İdarəsində baş mühəndis, 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir işləyib.

1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışıb.

C.Cəfərov 2006-cı il iyunun 19-dan 2011-ci il martın 3-dək Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-ci il martın 3-dən 2014-cü il aprelin 16-dək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib.

Ölkə başçısının 16 aprel 2014-cü il tarixli sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

2000-ci ilin avqustundan Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər