Daxili İşlər Nazirliyi paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərlə bağlı açıqlama yayıb.
Teleqraf.com-un xəbərinə görə, açıqlamada deyilir:
“Avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.
Ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb.
Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub.
Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilkatik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb.