27 Avqust 2020 17:16
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil müəssisələrinin fəaliyyəti bərpa edilməlidir. Lakin verilən qərarlarda differensial yanaşma olmalıdır. Situasiyaya uyğun qərar verilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmirullayev Təhsil Nazirliyində bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu qərarların qəbulu zamanı təhsil alan və təhsil verənlərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır:

"Ölkəmizdə təhsil ili 15 sentyabrda başlayır və bütün tədris müəssisələrində xüsusi şərtlərlə dərslər bərpa edilir.

Uşaq bağçaları isə ən mürəkkəb təhsil pilləsidir. Uşaq bağçalarında və məktəbəqədər təhsildə distant təhsilin təşkili isə mümkün deyil.

Azyaşlı uşaqlar və valideynlərinin işləməsini nəzərə alaraq, epidemioloji vəziyyət imkan verdiyi halda, uşaq bağçalarının fəaliyyətinə icazə veriləcək. Virusun yayılması tezliyi aşağı olan regionlarda bağçaların fəaliyyəti bərpa ediləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər