29 Avqust 2020 01:53
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com günün qoroskopunu təqdim edir.

Qoç - eyni vaxtda bir neçə mürəkkəb işin öhdəsindən gəlməli olacaqsınız. Yardım təklifi gələndə isə işlərin ən ağır, çətin mərhələsi artıq geridə qalmış olacaq. Qıcıqlı, əsəbi olmayın. Təmkinli davranın. Sizi nə kimi hisslərin çulğaladığını yalnız ən yaxın adamlarınız bilməlidir.

Buğa - planları yeniləmək gərəkdir. Qüvvə və imkanlarınız hədsiz deyil. Fəaliyyətin intensivliyini bir qədər azaldın. İfrat yorğunluq səhhətinizə pis təsir edəcək. Güclü başağrıları yarana bilər.

Əkizlər - əlverişli, parlaq, yaddaqalan gündür. Yeni işlər və sifarişlər maraqlıdır. Qarşılaşacağınız insanlar sizdə rəğbət hissi yaradacaq. İdeyalarınızı ətrafınızdakı insanlar dəstəkləyəcəklər. Bilin ki, ən cəsarətli niyyət və planlarınızı reallaşdıra bilərsiniz.

Xərçəng - fəaliyyət və ya yaşam ortamını dəyişin. Çoxdan bəri sizi narahat edən mühüm məsələni, həllini tələb edən problemi çözmək olar. Fikirlərinizi qaydaya salın. İllüziyalar və xəyallar aləmini tərk edin.

Şir - gərgin, məşəqqətli zamandır. Çox iş görməli olacaqsınız. Özü də bu işi bölüşməyə bir kəs yoxdur. Dostlar və tanışlar öz işləri ilə məşğuldurlar. Çətinliklər, problemlərlə baş-başa qalıbsınız. Maliyyə çətinlikləri istisna deyil.

Qız - bir sıra problemlərin öhdəsindən gələcəksiniz. Axşam saatlarına yaxın əhvalınız pozula bilər. Yaxınlarınızla sərt, aqressiv danışmayın. Mənfi emosiyalarınız qarşıdurma, münaqişə yaratmamalıdır.

Tərəzi - günün ilk yarısında baş verən hadisələr sizi sevindirəcək. Peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail olacaqsınız. Adi günlərdən fərqli olaraq daha qətiyyətli olun. Əlverişli şəraitdən yararlanmağa çalışın.

Əqrəb - uğurlarınıza paxıllıq edənlərin varlığına təəccüblənməyin. Təhlükəli düşmənlərin sayını artırmayın. Günün ikinci yarısı indiyədək sizə maraq göstərməyən insanın rəğbətini qazanmaq üçün əlverişlidir. Sevdiyiniz insanla təmaslarda diqqətli olun.

Oxatan - yaxın ətrafınızdakı insanlarla münasibətləriniz asan və rəvan olmayacaq. Sizi anlamırlar, sərt tənqid edirlər. Dalana dirəndiyinizi düşünməyin. Mövqelərinizi sərt müdafiə edin. Aqressiv olmayın. Əks təqdirdə neqativ cavab reaksiyası ilə qarşılaşacaqsınız.

Oğlaq - müstəqil fəaliyyət göstərsəniz, ciddi uğurlara nail olacaqsınız. Yalnız bacardığınız, öhdəsindən gələ biləcəyiniz işlərə başlayın. Axşam saatlarında yaradıcı fəaliyyət sizi sakitləşdirəcək. Müsbət emosiyalar olacaq.

Dolça - ünsiyyət üçün əlverişli zamandır. Çoxdan bəri, yaxşı tanıdığınız insanları maraqlandıran məsələləri anlamağa çalışın. Yeni tanışlarla sayıq davranın. Qayığkeşliyiniz ətrafınızdakı insanları laqeyd qoymayacaq. İdeyalarınız maraqla qarşılanacaq.

Balıqlar - kiçik olsa da, çox yerinə düşən gəlirlər olacaq. Sevdiyiniz insanı sevindirin, ona sürpriz edin. Şəxsi münasibətlərdəki problemləri aradan qaldırmaq olar. Axşam saatlarında normal istirahət edin.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər