Rayonlara gediş-gəlişin açılmasını hər kəs gözləyir, elə biz özümüz də. Mən atamı sonuncu dəfə martın 13-də övladımın doğum günündə görmüşəm.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Təəssüf ki, bu gün rayonlara gediş-gəliş haqqında məlumatı verə bilmirik. Hazırda statistik epidemioloji göstəricilər buna imkan vermir".
Hikmət Hacıyev bildirib ki, qarşıdakı dövrdə yoluxma hallarında artım baş verərsə, konkret həmin ərazilərdə qapanmalar tətbiq olunacaq:
"Rayonlarda qalan, lakin təhsilini Bakıda davam etdirən tələbələr tələbə kartı ilə paytaxta qayıda bilər. Birinci kursların gəlməsi ilə bağlı isə aidiyyəti qurumlara məlumat verilib və bu barədə iş aparılır".