15 Aprel 2014 11:16
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Heydər Əliyev prospektində Xətai rayonunda yerləşən Bazarstore ticarət mərkəzinin qarşısındakı yol qovşağından Böyükşor yol qovşağına qədər hissədə yolun üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bağlanmış əsas yol artıq açılıb.

“Azəryolservis” ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən əmlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zebra tipli keçid yeri, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin nişanlanması, avtobus dayanacağının nişanlanması və s.) işlərinin aparılması məqsədilə prospektin əsas yolu dünən etibarən bağlanmışdı.

Artıq işlər bu gün səhər saatlarınadək görülüb qurtardığından əsas yol açılaraq istifadəyə verilib.

Qeyd edək ki, bu gün axşam saat 22:00-dan etibarən isə üfüqi nişanlama işlərinin aparılması ilə əlaqədar prospektin köməkçi yolları bağlanacaq.


Müəllif: