1 Sentyabr 2020 14:47
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin həyata keçirdiyi “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi çərçivəsində ilk teledebat keçirilib.

“Gündəlik Teleqraf” holdinqinin redaksiyasında keçirilən teledebatın qonaqları İctimai İştirakçılığın Dəstəklənməsi İcrimai Birliyinin sədri Şaban Nəsirov və “Ulduz” İnformasiya və Kommunikasıya Texnologiyaları Maarifləndirmə İctimai Birliyinin sədri Samir Həsənov. Teledebatın aparıcısı layihənin rəhbəri, Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri Ruslan Xəlilovdur.

R.Xəlilov öncə layihə barədə məlumat verib. O bildirib ki, “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi 3 ay davam edəcək. Layihə çərçivəsində sosial şəbəkələrdə müvafiq səhifələr yaradılıb, elektron xidmətlərlə bağlı paylaşımlar edilir, həmçinin elektron portallarda elektron xidmətlərlə bağlı yazılar hazırlanaraq dərc olunur.

Daha sonra verilişin qonaqları elektron xidmətlərin üstünlükləri, əhəmiyyəti, problemlər barədə fikir mübadiləsi aparıblar.

Teledebatı təqdim edirik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər