Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 13-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 009 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 117 nəfər reanimasiyada, 11 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 123 və 13 idi.
Ümumilikdə 38 327 nəfər virusa yoluxub, 35 756 nəfər sağalıb, 562 nəfər vəfat edib.
Bu gün 6 751 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 009 478test aparılıb.
Qeyd edək ki, bu gün 155 koronavirusa yoluxma faktı qeydə alınıb, 149 nəfər sağalıb, 3 nəfər ölüb.