14 Sentyabr 2020 21:25
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 3 630 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 1 013 108 test aparılıb. Onlardan 38 403-nün cavabı pozitiv çıxıb. İndiyədək 564 nəfər COVID-19-dan dünyasını dəyişib, 35 860 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 979 nəfərdir. 115 nəfər reanimasiyada, 12 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 76 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 104 pasiyent sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər