“Whatsapp” masaüstü tətbiq üçün barmaq izi ilə giriş xüsusiyyətini sınaqdan keçirir.
Teleqraf.com xəbər verir ki, bu funksiya ilə şirkət əlavə bir təhlükəsizlik tədbiri yaratmağı hədəfləyir.
Bununla da şirkət “Whatsapp Web” versiyalarında QR kodla giriş imkanı verən platforma istifadəçilərinə yeni bir seçim imkanı təqdim etmiş olacaq. Hazırda şirkət mesajlaşma platformasında “Daxil olmaq üçün buraya vurun” xüsusiyyətini barmaq izi ilə giriş funksiyası ilə əvəzləməyi sınaqdan keçirir.
Bu yeni metod bir başqasının sizin telefonunuzu taparaq hesabınıza daxil olma ehtimalını da aradan qaldırır.