17 Sentyabr 2020 20:11
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin həyata keçirdiyi “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti teledebat keçirilib.

Teledebatın qonaqları “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Zaur İbrahimli və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin rəhbəri Xalid Kazımov olub .

Teledebatın aparıcısı layihənin rəhbəri, Jurnalist Təşəbbüslərinin Təşviqi İctimai Birliyinin sədri Ruslan Xəlilovdur.

R.Xəlilov öncə layihə barədə məlumat verib. O bildirib ki, “Elektron xidmətlərlə bağlı əhalinin maarifləndirilməsi” layihəsi 3 ay davam edəcək. Layihə çərçivəsində sosial şəbəkələrdə müvafiq səhifələr yaradılıb, elektron xidmətlərlə bağlı paylaşımlar edilir, həmçinin elektron portallarda elektron xidmətlərlə bağlı yazılar hazırlanaraq dərc olunur.

Daha sonra verilişin qonaqları elektron xidmətlərin üstünlükləri, əhəmiyyəti, problemlər barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər