Bu gündən Bakı metrosu, habelə paytaxtda, Sumqayıtda, Abşeron rayonunda şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslar fəaliyyətini bərpa edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
Qeyd edək ki, qərara əsasən, 19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.
Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.
Nazirlər Kabinetinin qərarına əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin yalnız Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunda 2020-ci ilin sentyabrın 30-dək tətbiqi nəzərdə tutulub.
Şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması sentyabrın 30-dək tətbiq ediləcək.