27 Sentyabr 2020 14:28
3 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib".

Teleqraf.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu məliyyat nəticəsində uzun illərdir işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və strateji yerlər azad edilib:

"Hazırkı məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murav dağı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir və sizi əmin edirəm ki, bundan sonra da sizi sevindirəcəyik!!!"


Müəllif: Teleqraf.com