Oktyabrın 22-dən 25-dək Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi keçiriləcək.
Teleqraf.com “İTECA Caspian” şirkətinin saytına istinadən xəbər verir ki, sərgidə 60-dan artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdirəcək.
“CİPS-2014” sərgisində təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr, mühafizə televiziyası və müşahidə sistemləri, yanğın təhlükəsizliyi, qəza-xilasetmə texnikası, əməyin mühafizəsi, məlumatların mühafizəsi, mikro-prosessorlu “smart” kartlar və identifikasiya texnologiyaları daxil olmaqla müxtəlif avadanlıqlar nümayiş olunacaq.