Rusiyada "Navai" təxəllüsü ilə fəaliyyət göstərən azərbaycanlı repçi Nəvai Bəkirov Azərbaycana dəstəyini davam etdirir.
Teleqraf.com xəbər verir ki, Nəvai Bəkirov İnstaqramda hekayə bölümündə foto paylaşaraq gecə saatlarında ermənilər tərəfindən atəşə tutulan Gəncə sakinlərinə dəstək olub.
O, sosial şəbəkədə "Bunlar nə zaman bitəcək?!", - deyə qeyd edib.