24 Oktyabr 2020 11:47
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmazda polis və Daxili Qoşunların əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı qəbul edilmiş qərara əsasən 2020-ci il 24 oktyabr saat 00:00 etibarən Xaçmaz rayonuna operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, nəqliyyat vasitələrinin giriş-çıxışı məhdudlaşdırılıb.

Bununla əlaqədar rayonun giriş-çıxış hissələrində postlar qurulub, rayon polis şöbəsinin və Daxili Qoşunlarının əməkdaşları tərəfindən gücləndirilmiş iş rejimində xidmət aparılır.

Müvəqqəti quraşdırılmış postlarda rayon ərazisinə daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri yoxlanılır və həmin şəxslər aidiyyəti üzrə qeydiyyatda olduqları ünvanlara yönləndirilirlər.

Bundan əlavə şöbə əməkdaşları rayon ərazisində də profilaktiki reydlər keçirərək, sakinlərə həyata keçirilən tədbirlər barədə geniş məlumatlar verirlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər