26 Oktyabr 11:04

Ermənistan Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir. Bu, tamamilə qəbuledilməzdir. Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə Ermənistan uşaqları işə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycan Ombudsman Aparatının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər:

"Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayan uşaqların hərbi əməliyyatlara cəlb olunması qadağandır".


Müəllif: Teleqraf.com