27 Oktyabr 2020 11:56
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatası sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin başladığı hücuma cavab olaraq Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatlarının nəticələri barədə xarici həmkarlarını məlumatlandırıb.

Bu barədə Teleqraf.com-a qurumdan bildirilib.

Məlumata görə, aparılan əks-hücum tədbirlərinin edilən hücumların qarşısının alınması, BMT-nın 1993-cü ildə işğal edilmiş torpaqların qeydsiz-şərtsiz azad edilməsi ilə bağlı qəbul etdiyi və icra ediləmimiş 822, 853, 874 və 884 nömrəli qətnamələrinin icrasını təmin etmək məqsədi daşıdığı göstərilib. Eyni zamanda, Ermənistan silahlı qüvvələri tərəfindən 65 nəfər mülki vətəndaşın, o cümlədən uşaqların və yaşlıların həlak olduğu, 297 nəfərin yaralandığı, təcavüz nəticəsində vətəndaşların və dövlətin əmlakına ciddi ziyan dəydiyi, bir sıra obyektlərin tam dağıdıldığı qeyd edilib.

Hesablama Palatası aparılmış uğurlu əməluyyatlar nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqların azad edilməsi həmin dövrdə bu torpaqlarda həyata keçirilmiş vandalizm aktları barədə məlumat verib, həmin rayon və şəhərlərin dağıdılması, infrastrukturunun tam yox edilməsi, ekologi mühitə ziddi ziyan vurulması və təbii sərvətlərin amansızcasına istismar olunması xarici həmkarların diqqətinə çatdırılıb, ölkə prezidentinin azad edilmiş torpaqlarda infrasturkturun bərpası ilə bağlı verdiyi tapşırıqlar artıq icra edilməkdə olduğu bildirillib.

Məlumat Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın, bu təşkilatın regional bölmələrinin - EUROSAI-ın, ASOSAI-ın, ECOSAI-ın Prezidentlikləri və Baş Katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına, həmçinin ayrı-ayrı ölkələrin ali audit orqanlarına təqdim olunub.


Müəllif: Teleqraf.com