Bu il mənim də övladım birinci sinifə gedir və valideyn olaraq situasiyanı müşahidə edirəm.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib:
"Birinci siniflər məktəbə gedəndə tədrisin onlayn olduğunu başa düşdülər. Noyabrın 2-dən birinci siniflərin ənənəvi dərslərə qayıtması düşünülmür.
Lakin ənənəvi tədrisin bərpası zamanı ilk olaraq birinci siniflər nəzərə alınacaq. Qarşıdakı dövrdə bununla bağlı müvafiq qərarlar qəbul ediləcək".