Azərbaycanın qədim Şuşa şəhərinin 28 illik amansız işğaldan sonra düşməndən azad olunması münasibətilə Türkiyənin İğdır şəhərində zəfər aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının İğdır Azərbaycan Evi Dərnəyinin təşkilatçılığı ilə iki qardaş ölkənin dövlət bayrağı ilə bəzədilmiş maşın karvanı həmrəylik rəmzi olaraq şəhərin mərkəzi küçələri ilə şütüyüb.
Aksiya iştirakçıları İğdırın Bələdiyyə meydanında “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, “Şuşa zəfəri mənəvi birliyimizin təntənəsidir” və s. kimi şüarlar səsləndiriblər.