25 Noyabr 2020 00:39
422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 161 nəfər dünyasını dəyişib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 12 672 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 381 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 460 916 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 3 678 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 381 569 nəfər təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər