15 Avqust 2020 14:55
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Evdə qal, ətrafını qoru” layihəsinin icrasına start verib.

Layihə barədə məlumat verən İctimai Birliyin rəhbəri Aynur Camalqızı bildirib ki, məqsəd koronavirus pandemiyasının tuğyan etdiyi bir dönəmdə əhalini marifləndirmək, onları bu dəhşətli virusdan qorunmaq üçün dövlətin apardığlı siyasətə, tədbirlərə əməl etməyə səsləməkdir.

3 ay davam edəcək layihə çərçivəsində sosial şəbəkələrdə müvafiq səhifələr yaqradılacaq, internet mediada araşdırma yazılar, müsahibələr, reportajlar dərc ediləcək.

“Həmçinin pandemiyaya qarşı mübarizə aparan həkimlərin xidmətlərini, fəaliyyətlərini təbliğ etmək, onları xalqımıza daha yaxından tanıtmaq əsas məqsədlərimizdən biridir. Həmçinin pandemiyadan əziyyət çəkən vətəndaşların problemlərini onlardan müsahibələr almaqla işıqlandıracağıq”, deyə A.Camalqızı bildirib.

Layihə rəhbərinin sözlərinə görə, pandemiyadan layihə çərçivəsində pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə maddi yardımlar ediləcək: “Virusdan qorunmaq və onun yayılmasının qarşısını almaq üçün vacib şərtlərə, tələblərə əməl olunmalıdır, əks təqdirdə virusun əhatə dairəsi daha da genişlənə bilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər