20 Oktyabr 2014 12:37
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan “AzRE” beynəlxalq reytinq alıb.

Teleqraf.com-un məlumatına görə, bu baradə Almaniyanın Baden Baden şəhərində keçirilən “Azərbaycan gecəsi”də səslənən video müraciətində “AzRe”nin İdarə Heyətinin Sədri Fuad Quliyev məlumat verib. Onun sözlərinə görə, artıq oktyabrın 17-də AM Best Rating Agentliyi (AMBS) “AzRe”nin reytinqini açıqlayıb. Şirkətin maliyyə sabitliyi reytinqi “B+”, kredit reytinqi isə “BBB-” səviyyəsində təsdiqlənib.

Xatırladaq ki, “AzRe” beynəlxalq reytinq almaq üçün danışıqları uzun müddət idi ki, davam etdirirdi. Reytinqin alınması şirkətin daha çox ölkələrdən və daha keyfiyyətli riskləri qəbul etməsinə imkan verəcək.

Naibə


Müəllif:

Oxşar xəbərlər