İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarına komendantlar təyin edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Laçın rayon polis şöbəsinin rəisi, polis polkovniki Adil Əliyev Laçına, Kəlbəcər rayon polis şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov isə Kəlbəcər rayonuna komendant təyin olunublar.