3 Dekabr 2020 15:38
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ictimai yerdə aktiv COVIID-19 xəstəsi olan 24 yaşlı Ayşən Səmədzadə aşkarlanaraq müalicə təyin edildiyi ünvana yerləşdirilib.

Onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər