3 Dekabr 2020 22:26
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış teleaparıcı, Əməkdar artist Nailə İslamzadə koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə teleaparıcının özü məlumat verib.

"Dörd-beş gün öncə narahatlıq hiss etdim. İki gün öncə testimin cavabı pozitiv çıxdı. Evdə müalicə olunuram", deyə N.İslamzadə bildirib.

O, insanlara tövsiyə də verib:
"Hamı özünü qorumalıdır. Bacardığımız qədər evdən çıxmamalıyıq. Dövlət müəssisələrində çalışanların yalnız otuz faizi işə çıxır. Digər sahələrdə çalışanlar da imkan daxilində bu qaydalara əməl etməlidirlər".


Müəllif: Teleqraf.com