Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Azərbaycanın Müstəqillik gününə dair məqaləsi bu ölkənin nüfuzlu “Əl-Cumhuriyyə” və bir çox internet saytlarında nəşr edilib.
Teleqraf.com xəbər verir ki, məqalədə 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyini bildirən Ş.Abdullayev Şərqin ilk respublikası olan Azərbaycan Demokratik Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyini, Azərbaycanın qısa müddət ərzində BMT və ATƏT-ə üzv qəbul edildiyini diqqətə çatdırıb.
Bununla belə, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin yeni Azərbaycan Respublikasının da qarşısına çıxdığını qeyd edən səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsi barəsində məlumat verib.
Belə bir çətin və kəşməkəşli zamanda ölkə rəhbərliyinə qayıtmaq üçün Azərbaycan xalqının israrla Heydər Əliyevə müraciət etdiyi və məhz onun uzaqgörən siyasəti, Ermənistanın atəşkəs imzalamağa vadar edildiyi, demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi”nin ımzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu oxucuların diqqətinə çatdırıb.
Səfır müstəqilliyinin ilk illərində xarici donor və humanitar yardımların alıcısı olan Azərbaycanın bu gün beynəlxalq humanitar və sülhməramlı əməliyyatlara töhfə verən dövlət olduğunu qeyd edib.
İLHAMƏ