Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin müvafiq əmri ilə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub.
Teleqraf.com-un xəbərinə görə, Alimpaşa Məmmədov təltif olunmasına münasibət bildirib:
"Bu gün xəbər tutdum, açığı, çox sevincliyəm. Təşəkkür edirəm hər kəsə, öz vəzifə borcumuzu yerinə yetiririk. Hazırda əsirlikdən azad olunmuş Dilqəm Əsgərovun evindəyəm. Qurbanımızı kəsdik, ailəsinə göz aydınlığı verdik".