Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 m² (54 885 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Teleqraf.com xəbər verir ki, bu barədə agentlikdən bildirilib.
Məlumata görə, bu illər ərzində 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.