16 Yanvar 2021 10:41
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 1-i saat 00:00-dan etibarən Azərbaycan ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin yumşaldılması ilə bağlı qərarırda bildirilir.

Qeyd olunub ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.


Müəllif: Teleqraf.com