İbtidai sinif və məktəbəqədər hazırlıq siniflərində fevralın 1-dən etibarən hibrid formada təhsil bərpa olunur.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu tədrisin ənənəvi formasının bərpası haqqında danışarkən deyib.
Onun sözlərinə görə, hibrid formada tədrisin təşkili 2 həftə müddətində davam edəcək: "Bu müddət ərzində virusun yayılma statistikası da izlənəcək. Əgər virusa yoluxma hallarında ciddi artım olacaqsa, 5-9-cu siniflər üzrə tədrisin bərpası gecikə bilər".