Daxili İşlər Nazirliyi (DİN) ölkədə toy və ad günlərinin keçirilməsi ilə bağlı əhaliyə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, fevralın 1-dən etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub:
"Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilən məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır. Xüsusi karantin rejimi dövründə ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda şou-əyləncə, toy, nişan və digər kütləvi tədbirlərinin təşkili və keçirilməsi qadağandır".