11 Fevral 2021 15:54
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Koronavirusun yeni ştammının yayılması hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb”.

Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupuna aid deyil: “Bundan sonra da gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Uşaqların spirtdən çox istifadəsinə gəlincə, onların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər