Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı koronavirus əleyhinə vaksinin ikinci dozasını vurdurub.
Teleqraf.com-un xəbərinə görə, R.Bayramlı peyvənddən sonra özünü yaxşı hiss edir.
Xatırladaq ki, R.Bayramlı ilk dozanı yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də koronavirus əleyhinə peyvəndin ikinci dozasını vurdurub.
Zaur Əliyev ötən gün ikinci dozanı M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında qəbul edib.
Qeyd olunub ki, agentlik sədri peyvənd olunduqdan sonra 20 dəqiqə gözləyib və sonra işə qayıdıb: “Sədr peyvənddən sonra özünü yaxşı hiss edir və hazırda işinin başındadır”.
Xatırladaq ki, Z.Əliyev vaksinin ilk dozasını yanvarın 18-də Bakı Sağlamlıq Mərkəzində vurdurub.