25 Oktyabr 2014 11:49
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanla görüşüb.

Teleqraf.com xəbər verir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ilə səmərəli əməkdaşlığı, Məhkəmənin fəaliyyətinə həsr edilmiş konfransların faydasını qeyd edən nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin müasirləşdirilməsi, o cümlədən elektron məhkəmənin tətbiqi, 20-dək yeni məhkəmələrin yaradılması, hakimlərin ən şəffaf prosedurlarla seçimi və tədrisi barədə məlumat verib.

Bildirilib ki, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilir. Həmçinin, Strasburq hakimlərinin ölkəmizdə keçirdikləri təlimlərin və cənab Şpilmanın qatıldığı İnsan hüquqları üzrə Avropa Konvensiyasının tətbiqinə həsr olunmuş beynəlxalq konfransın əhəmiyyəti vurğulanıb.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq həyata keçirilmiş islahatları, o cümlədən vətəndaşların ədalət mühakiməsinə çatımlığının, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına, infrastrukturun müasirləşdirilməsinə yönəlmiş tədbirləri və hakimlərin şəffaf qaydada seçimini təqdir edib.

D.Şpilman həmçinin gənc hakimlərin Strasburqa təcrübə mübadiləsi məqsədilə ezam olunması ilə bağlı təşəbbüs irəli sürüb. Sədr Avropa Məhkəməsinin işinə dair keçirilmiş konfransların müsbət nəticələrini qeyd edərək, gələn ilin yazında növbəti belə konfransın keçiriləcəyini bildirib, tədbirdə ölkəmizin yüksək səviyyədə təmsil olmasının əhəmiyyətini diqqətə çatdıraraq ədliyyə nazirini bu forumda iştirak üçün dəvət edib.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər