19 Fevral 2021 23:57
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir Vətən müharibəsi qazisinə vəzifə verilib.

Teleqraf.com xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti aparatında “Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılıb.

İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun sərəncamı ilə qazi Zamiq Adil oğlu Mənsimli bu şöbənin müdiri təyin edilib.

Qeyd edək ki, ehtiyatda olan baş leytenant Zamiq Mənsimli döyüşlərdə yaralanmış Vətən Müharibəsinin iştirakçılarındandır. O, Prezidentin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər