23 Fevral 2021 12:36
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Yalçın Rzazadənin vida mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, xalq artisti Yasamal rayonundakı mənzilindən son mənzilə yola salınıb.

Lənkəranda Liman qəsəbəsində dəfn ediləcək. Vida mərasimində mərhumun yaxınları və sənət dostları iştirak ediblər.

Qeyd edək ki, Yalçın Rzazadə fevralın 22-də 74 yaşında dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova