10 Mart 2021 10:53
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) Baş Prokurorluqla birgə barələrində cinayət işi qaldırılan 14 nəfər Qarabağ ərazisində ordumuza qarşı döyüşmüş muzdlu xarici ölkə vətəndaşı, 10 terror təşkilatı, 6 nəfər separatçı rejimə maliyyə dəstəyi göstərən erməni mənşəli əcnəbi vətəndaş, eləcə də sosial şəbəkələrdə anti-Azərbaycan təbliğatı aparan və ölkəmizə qarşı açıq terrora çağırış edən 7 nəfər Ermənistan vətəndaşı ilə birgə məlumat mübadiləsi aparıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 4 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti orqanlara təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər