Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində icra olunub.
Teleqraf.com xəbər verir ki, sərəncam 1 saylı cəzaçəkmə müəssisəsində ümumilikdə 14 nəfərə şamil edilib.
13 məhkuma arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb, bir məhkumun cəzası isə yarıya endirilib.
Azadlığa buraxılanlardan biri Rusiya vətəndaşıdır.
Foto: Ceyhun Rəhimov