29 Mart 2021 12:55
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Azərbaycan arasında şəxsiyyət vəsiqələri ilə gediş-gəliş aprelin 1-dən tətbiq ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşləri Nazirliyi açıqlama ilə çıxış edib.

Açıqlamada bildirilir ki, 2020-ci ilin dekabrın 10-da Bakıda imzalanan Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər haqqında razılaşma hər iki ölkənin daxili prosedurundan keçib. Sözügedən razılaşma protokolu 2021-ci ilin 1 aprel tarixindən icra ediləcək.

Açıqlamada qeyd olunur ki, bununla da iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasında səyahətlərini pasporta ehtiyac olmadan, yalnızca şəxsiyyət vəsiqəsi ilə edə biləcəklər:

“Can Azərbaycanla 2021-ci il aprelin 1-dən etibarən tətbiq olunacaq yeni razılaşma ölkələrimiz arasında “iki dövlət, bir millət” şüarında ifadə olunan qardaşlıq əlaqələrini daha da gücləndirəcək".


Müəllif: Cavad

Oxşar xəbərlər