29 Mart 2021 17:33
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 257 330 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 1 7 317 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 630, ötən müddət ərzində isə ümumilikdə 2 844 674 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər