1 Aprel 2021 14:00
299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycana koronavirusa qarşı növbəti partiya vaksinlərin aprel ayının sonunda gətirilməsi nəzərdə tutulub.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Çinin Azərbaycandakı səfiri Qo Min bildirirb.

O qeyd edib ki, Çin Xalq Respublikası koronavirusla mübarizədə Azərbaycana hər bir dəstəyi verməyə hazırdır və edir.

Səfir həmçinin bildirib ki, koronavirusa qarşı mübarizədə Çin və Azərbaycan bir-birinə lazımi dəstək göstərir, təcrübə mübadiləsi aparır: “Bir neçə gündən sonra digər vaksin partiyaları da Azərbaycana çatdırılacaq. Biz inanrıq ki, Azərbaycan Çin vaksinlərinin köməyi ilə koronavirusa qalib gələcək”.

Səfir Çindən Azərbaycana vaksinlərin vaxtında çatdırılacağını deyib: “Bu gün Çindən vaksin sifariş edən ölkələr çoxdur, lakin məhz Azərbaycana vaksinlərin vaxtında çatdırılması üçün Çin yaşıl dəhliz yaradıb”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər