Minatəmizləmə Agentliyi (ANAMA) Şuşa şəhəri istiqamətində iki ədəd İskəndər raketi aşkar edib.
Teleqraf.com-un məlumatına görə, bunu ANAMA operativ qərargahın rəisi İdris İsmayılov deyib.
O bildirib ki, Ermənistan silahlı qüvvələrinin atdıqları raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib: "Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı “9-M-723” raketin olduğu müəyyən olunub. Onun kod adının “İskəndər” olduğu müəyyən olunub.
Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 mm-dir”.
İ.İsmayılov deyib ki, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA əməkdaşları tərəfindən araşdırmalar aparılır: "Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Raketin tam olaraq qalıqları aşkarlanıb”.