Xalq artisti Rafiq Hüseynov (Rəmiş) 77 yaşında vəfat edib.
Bu barədə Teleqraf.com-a açıqlamasında xalq artisti Mənsum İbrahimov məlumat verib.
"Yarım saat əvvəl Rəmiş dünyasını dəyişdi. Hazırda Bakı Sağlamlıq Mərkəzindəyik. Hələ ki, harada dəfn olunacağını bilmirik", - deyə o bildirib.
Qeyd edək ki, Rafiq Hüseynov Bakı Sağlamlıq Mərkəzində müalicə alırdı. Onun səhhətində “Hepatit C” mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanmışdı.