30 Oktyabr 2014 03:28
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları Tərtər şəhər R.Nuriyev adına 6 nömrəli orta məktəbdə «Təbii fəlakətlər və texnogen qəzalar zamanı özünü necə aparmalı» mövzusunda maarifləndirimə tədbiri keçiriblər.

Teleqraf.com xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdləri fövqəladə hallar sahəsində maarifləndirmək, onların bu sahədə olan biliklərini daha da artırmaq, eləcə də onlara fövqəladə hadisələr zamanı düzgün davranış qaydalarını öyrətməkdən ibarət olub.

Mərkəz əməkdaşları tədbir iştirakçılarına Qarabağ Regional Mərkəzinin strukturu və fəaliyyət istiqamətləri barədə məlumat vermiş, fövqəladə hallar, onların növləri, fövqəladə hallar zamanı davranış qaydaları, mülki müdafiə haqqında söhbət aparıblar.

Tədbirdə məktəblilərə Fövqəladə Hallar Nazirliyinin hazırladığı «Dəm qazı və ya arzuolunmaz qonaq» adlı videoçarx nümayiş etdirilib.

Şagirdlərin asudə vaxtında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları məqsədilə Regional Mərkəz əməkdaşları tərəfindən hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər