14 Aprel 2021 09:50
280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dini ekstremizmin təbliğinə yönəldilmiş fəaliyyət qadağan olunur.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilir.

Dəyişikliklə qanunun 1.3-cü maddəsinə yeni altıncı və yeddinci hissələr əlavə olunur.

Layihəyə əsasən, dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır.

Digər bir dəyişikliklə isə kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər