Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.
Teleqraf.com "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür - 54.2 faiz.
Yoluxma Aranda 12.0 faiz, Abşeronda 12.8 faiz, Gəncə-Qazaxda 7.5 faiz, Şəki-Zaqatalada 4.0 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.4 faiz, Yuxarı Qarabağda 1.3 faizdir.
Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.